Peşəkar Təmizlik Şirkəti
LOTOS CLEANİNG MMC – Dövlət qeydiyyatından keçmiş rəsmi təmizlik şirkəti olaraq, peşəkar komanda və dünya gigiyena standartlarına uyğun xidmət təqdim edirik.
Sağlam təmizliyin peşəkar ünvanı
LOTOS CLEANİNG MMC-nin əsas məqsədi illərin təcrübəsini toplamış, təmizlik sahəsində öz işini peşəkarlıqla sübut etmiş və sertifikasiyadan keçmiş komandanı bir araya gətirərək müştərilərə yüksək səviyyəli təmizlik xidmətləri göstərməkdir.
Göstərdiyimiz hər bir xidmətdə industrial avadanlıqlardan, professional təmizlik məhsullarından və gigiyena standartlarına uyğun vasitələrdən istifadə edirik. Bu məhsul və avadanlıqların uyğunluq və gigiyena sertifikatları mövcuddur.
Biz yalnız təmizlik xidməti göstərməklə kifayətlənmirik. Təmiz və sağlam mühitin insan sağlamlığına, əhval-ruhiyyəsinə və gündəlik həyat keyfiyyətinə təsiri haqqında maarifləndirici bloqlar, videolar və məqalələr dərc etməklə cəmiyyətə faydalı məlumatlar təqdim edirik.
Dövlət qeydiyyatından keçmiş hüquqi fəaliyyət.
Gigiyena standartlarına uyğun məhsul və avadanlıq.
Göstərilən hər bir işə məsuliyyətli yanaşma.
Təmiz ortam — sağlam nəfəs, xoş əhval-ruhiyyə və daha rahat həyat deməkdir.
Keyfiyyətli təmizlik üçün peşəkar brendlərdən istifadə edirik
LOTOS CLEANING MMC olaraq ev, ofis, villa, obyekt, restoran, ticarət sahəsi və digər məkanların təmizliyində peşəkar təmizlik vasitələri və müasir klininq avadanlıqlarından istifadə edirik. Məqsədimiz sadəcə görünən təmizlik deyil, gigiyenik, təhlükəsiz və uzunmüddətli nəticə təmin etməkdir.
Peşəkar təmizlik vasitələri
Müxtəlif səthlər üçün uyğun seçilmiş universal yuyucu vasitələr, yağ təmizləyicilər, sanitar təmizləyicilər, şüşə təmizləyicilər, xalça və yumşaq mebel üçün xüsusi vasitələr tətbiq olunur.
Müasir klininq avadanlıqları
Təmizlik prosesində professional tozsoranlar, döşəmə yuma sistemləri, buxar təmizləmə avadanlıqları və səthə uyğun xüsusi alətlərdən istifadə edilir.
Səthə uyğun yanaşma
Laminat, parket, kafel, mərmər, şüşə, tekstil və digər materiallar üçün uyğun vasitə seçilir. Bu yanaşma səthlərin qorunmasına və təmizliyin daha uzun müddət qalmasına kömək edir.
İstifadə etdiyimiz peşəkar brendlər
Şirkətimiz təmizlik xidmətlərində beynəlxalq səviyyədə tanınan və klininq sahəsində etibar edilən brendlərin məhsul və avadanlıqlarından istifadə etməyə üstünlük verir.
İstifadə etdiyimiz peşəkar təmizlik vasitələri
LOTOS CLEANING MMC təmizlik prosesində səth növünə və xidmət istiqamətinə uyğun olaraq aşağıdakı peşəkar təmizlik vasitələrindən istifadə edir.
LOTOS CLEANING MMC Bakı və Azərbaycanın müxtəlif bölgələrində peşəkar təmizlik xidməti göstərən cleaning şirkəti olaraq Kärcher, Diversey, Ecolab, Kiilto, Kiehl, Dr. Schnell və HG kimi beynəlxalq brendlərin peşəkar təmizlik vasitələrindən istifadə edir.
Ev təmizliyi, ofis təmizliyi, villa təmizliyi, obyekt təmizliyi, təmirdən sonra təmizlik, yumşaq mebel və xalça təmizliyi zamanı istifadə olunan vasitələr səthlərin qorunmasına, dərin gigiyenaya və yüksək təmizlik standartlarının təmin edilməsinə kömək edir.